SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri Çarbürcdə keçirilən Kitab Sərgisinə müdaxilə edib

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələri Çarbürcdə keçirilən Kitab Sərgisinə müdaxilə edib

Gunaz.tv

GünAz TV: Bir müddət öncə Güney Azərbaycanın Qoşaçay (Miyanduab) şəhərinin Çarbürc şəhristanında keçirilən kitab sərgisi görünməmiş təzyiqlər altında öz fəaliyyətini yarımçıq buraxıb.

 

Əksəriyyətini türk kitabları təşkil edən sərgi polis, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İslami İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məmurları tərəfindən görünməmiş təzyiqlərə məruz qalıb.

 

Sözü gedən Sərgi nəhayət fəaliyyət müddətinə 18 gün qaldığı halda 2 gün sonra son verib və bu şəkildə təşkilatçıların nəzərdə tutduqları iş yarımçıq buraxılıb.

 

Sərgi təşkilatçıları ilk öncə Sərginin keçirilməsi məsələsini səlahiyyətli orqanlar o cümlədən İrşad-i İslami idarəsi ilə qərarlaşdırıb və sərgilənəcək kitablarla bağlı icazə alıblar. Buna baxmayaraq, sərgi açıldıqdan bir neçə saat sonra təzyiqlər başlayıb.

 

Polis, ETTELAAT və SEPAH məmurları müxtəlif bəhanələrlə sərgini dayandırmaq istəyiblər. Onlar ilk öncə sərginin açılışını bir neçə gün geriyə atmağa nail olublar.

 

Nəhayət ki Sərgi açılıb. Sərgi açılınca təhlükəsizlik qüvvələri Sərgi yerinə gəlib və lisenziya (mücəvviz) tələb ediblər. Lisenziya bəhanəsi bitdikdən sonra isə başqa üsullara əl atıblar. Onlar ilk öncə naməlum səbəbdən bir çox kitabı zəbt edib və bir neçə sərgi məsulunu polis idarəsinə aparıb və sorğu-suala tutublar.

 

Bu tip təzyiqlər müxtəlif formada davam edib. nəhayət ki, təhlükəsizlik qüvvələri məhkəmə yolu ilə Sərginin bağlanmasına nail olublar. Sonralar sərgi məsullarının araşdırması nəticəsində məlum olub ki, bütün bu təzyiqlərin arxasında SEPAH və ETTELAAT idarəsi dayanıb.

 

Sərgi bağlandıqdan sonra isə Sərgi məsullarını ETTELAAT idarəsinə çağırıb və yenidən sorğu-suala tutublar.

 

Bu barədə geniş məlumatı aşağıdakı LİNKdən fars dilində oxuya biləresiniz.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar