SON XƏBƏRLƏR

Unudulmaz Səməd Behrənginin əziz xatirəsi yad edildi

2021.10.20, 07:36
Unudulmaz Səməd Behrənginin əziz xatirəsi yad edildi

Gunaz.tv

GünAz TV: Bir qrup Milli Hərəkat fəalı Azərbaycanın unudulmaz qəhrəman yazarı, mərhum Səməd Behrəngini anıblar.

 

Sevimli yazarın döğum gününün növbəti ildönümü ilə bağlı keçirilən mərasimdə bir çox azərbaycanlı fəal iştirak edib. onlar məzarın üstünə əklil qoyub və ona aid şeirlərindən birini oxuyaraq mərhumun əziz xatirəsini hörmətlə yad ediblər.

 

Azərbaycanın müxtəlif universitetlərindən qatılan öyrəncilər, Behrənginin bioqrafiyası və onun məşhur mətn əsərlərindən birini oxuyaraq mərasimi davam etdiriblər.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, 2011-ci il iyun ayının 23-də (1390-cı il tir ayının 2-də) keçirilən mərasim, nəhayət iştirakçılar tərəfindən fatihə oxunmaqla sona çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar