SON XƏBƏRLƏR

Bu gün Kazanda prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

2021.10.20, 07:36
Bu gün Kazanda prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

Gunaz.tv

GünAz TV: Bu gün Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti, doqquzuncu görüşü keçiriləcək.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, görüş Rusiya prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışları çərçivəsində baş tutacaq. Görüşdə münaqişənin nizamlanmasının baza prinsiplərinə (ilkələrinə, əsllərinə) dair sənədin imzalanacağı gözlənilir. Bu sənəd imzalanarsa, münaqişənin nizamlanmasında “Yol xəritəsi” rolunu oynayacaq və sülh sazişi üzərində işə başlamağa imkan verəcək.

 

 Kremlin mətbuat xidmətinin bir müddət əvvəl yaydığı məlumatda bildirilir ki, hazırda həmsədr ölkələrin bütün səviyyələrdə səyləri tərəfləri Kazan sammitində (zirvə görüşündə) qeyd olunan sənəd üzərində işi başa çatdırmağa inandırmağa yönəlib. Rusiya Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda bildirilir ki, Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici mərhələnin başlanğıcı ola bilər.

 

 Dünən ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama da Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib. Ağ Evin məlumatına görə, prezident öz həmkarları Kazan görüşündə baza (təməl) prinsiplərinin razılaşdırılmasına dair sənədi imzalamağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar