SON XƏBƏRLƏR

Ali Məhkəmə Qadınlara İransayağı hüquq verdi

2021.10.20, 07:36
Ali Məhkəmə Qadınlara İransayağı hüquq verdi

Gunaz.tv

GünAz TV: İran Ali Məhkəməsi qadına əri ilə sekslə məşğul olmaqdan imtina etmək hüququ verib.

 

Lent.az-ın İranın İSNA dövlət agentliyinə (ajansına) istinadən verdiyi məlumata görə, əgər qadına nikah müqaviləsinə əsasən əri tərəfindən vəd olunan vəsaiti verilməyibsə, qadın sekslə məşğul olmamaq hüququndan istifadə edə bilər. Adətən, İranda kişilər nikah bağlanarkən xanımlarına zinət əşyaları vəd edirlər. Qadın boşanan zaman, yaxud istənilən vaxt tələb edərək bu zinət əşyalarını ala bilərlər. İranlıların böyük əksəriyyəti indiyə qədər nikah müqaviləsindəki bu vədə bir formallıq kimi baxsa da, İran Ali Məhkəməsinin son qərarı vəziyyəti dəyişdirib.

 

Məhkəmənin qərarında deyilir ki, kişi vəd olunan vəsaiti verməyibsə, qadın cinsi əlaqə də daxil olmaqla, istənilən münasibəti rədd edə bilər. Əgər kişi boşanmadan sonra da nikah müqaviləsində vəd olunan vəsaiti ödəməzsə, bu halda kişini azadlıqdan məhrumetmə cəzası gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar