SON XƏBƏRLƏR

Rəfsəncaniyə qarşı növbəti təxribat...

2021.10.20, 07:36
Rəfsəncaniyə qarşı növbəti təxribat...

Gunaz.tv

GünAz TV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin katiblərinin otağı yandırılıb. Hadisə 3 gün əvvəl baş versə də, bununla bağlı xəbər indi yayılıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun ictimai əlaqələr şöbəsi iyunun (June) 22-də bəyanat yayaraq baş verən hadisənin ayətullah Haşimi Rəfsəncaniyə qarşı təxribat olduğunu bəyan edib.

 

 Bəyanatda bildirilir ki, iyunun 20-də gecə saat 02:30 radələrində naməlum bir şəxs qurumun yerləşdiyi “Qüds” adlı binaya daxil olaraq Rəfsəncaninin katiblərinə məxsus otağı yandırıb və hadisə yerindən qaçıb.

 

 Yanğın zamanı növbətçi katib xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

 Katiblər otağındakı bütün kompüterlər, sənədlər, digər əşyalar tamamilə yanıb.

 

 Binada və otaqdakı gizli kameraların (məxfi durbinlərin) yanğın törədən şəxsi lentə aldığı bildirilsə də, onun kimliyi və hansı siyasi cərəyana bağlı olması barədə hələ ki, açıqlama verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar