SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton və Moskva Kazan görüşünə münasibət bildiriblər

2021.10.20, 07:36
Rəsmi Vaşinqton və Moskva Kazan görüşünə münasibət bildiriblər

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət Departamenti (xarici işlər nazirliyi) və Rusiya Xarici İşlər Nazirliyi prezidentlərin iyunun (June) 24-də Kazanda keçiriləcək görüşünə münasibət bildiriblər.

 

Amerikanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mark Toner bildirib ki, münaqişənin nizamlanması üçün imkanlar mövcuddur və Azərbaycan ilə Ermənistan fikir ayrılıqlarını dinc yolla nizamlamaq üçün Kazanda bu imkandan istifadə etməlidirlər. Bu barədə Gün.Az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər yayıb.

 

 Rusiya XİN ((xarici işlər nazirliyi)) Kazan görüşünün Dağlıq Qarabağ nizamlamasında istiqamətləndirici rol oynamalı olduğunu hesab edir.

 

 Bu barədə Rusiya XİN-nin məlumatında deyilir.

 

 “Biz gözləyirik ki, Bakı və Yeravan Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa prezidentlərinin mayın 26-da Dovildə səsləndirdikləri və Azərbaycanla Ermənistan liderlərinə siyasi iradə göstərməyə, Kazan sammiti (zirvə) zamanı Dağlıq Qarabağ münaqişəsinin Əsas nizamlama prinsipləri (ilkələri) layihəsinin müzakirəsini başa çatdırmağa çağırışın əksini tapdığı birgə bəyanata konstruktiv (faydalı) reaksiya (əksüləməl) göstərəcəklər”, - məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar