SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci Mehdi Kərimi bir semestr (term) təhsildən məhrum edildi

2021.10.20, 07:36
Azərbaycanlı öyrənci Mehdi Kərimi bir semestr (term) təhsildən məhrum edildi

Gunaz.tv

GünAz TV: Şəhid Beheşti universitetinin inzibati komitəsi, azərbaycanlı öyrənci Mehdi Kəriminin bir semestr (term) təhsildən məhrum edilməsi barədə qərar verib.

 

Adını çəkdiyimiz türk öyrənci, bir müddət öncə ustadı (müəllimi) tərəfindən təhqir edilib. Millətinə qarşı kobud təhqiri eşidən soydaşımız, psixoloji (rəvani) balansı (təadülü) itirib və təhqir edən ustada hücum edərək onu biçaqla yaralayıb.

 

Ustada zərbə yetirən öyrənciyə qarşı sərt mövqe bildirin inzibati komitə, türk millətini təhqir edən şəxsə qarşı heç bir inzibati tədbir görməyib. Halbuki, hadisədən bir neçə gün sonra, türk öyrənciləri bir neçə yüz imza toplayaraq,  türkləri təhqir edən Hüseyn Səfərzadənin bu hərəkətini kəskin pisləyib və onun cəzalandırılmasını istəmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar