SON XƏBƏRLƏR

Azərbaycan pedaqoji (tərbiyyət-i müəllim) universitetində çoxlu sayda broşura (cüzvə) yayılıb

2021.10.20, 07:36
Azərbaycan pedaqoji (tərbiyyət-i müəllim) universitetində çoxlu sayda broşura (cüzvə) yayılıb

Gunaz.tv

GünAz TV: Azərbaycan pedaqoji (tərbiyyət-i müəllim) universitetinin öyrənciləri milli hərəkatçılar barədə deyilən cənfəngiyata kəskin cavab veriblər.

 

Bir müddət öncə Azərbaycan pedaqoji universitetində 2 mərhələdə “sionizm və masonluq (framasuneri)” və “İmam Zamanın (ə.f) zühuru üçün Bəni İsrailin ibrətləri” adı altında keçirilən iclasda, milli hərəkat fəallarına qarşı ciddi ittihamlar və böhtanlar irəli sürülmüşdür.

 

Beləki, Raefipurun çıxışı ilə keçirilən iclasda, masonluqdan daha çox milli hərəkat fəallarından danışılıb və milli fəallar pantürkist, sionist nökəri və nəhayət şeytanpərəst adlandırılıb. Bu çıxışlar o halda baş verib ki, öyrəncilərin sualı vermək imkanı belə olmayıb.

 

Öyrənci fəallar çıxışçının sözlərinə qarşı Azərbaycan pedaqoji universitetində çox sayda broşura (cüzvə) yayıblar. Broşuralarda masonluq və irqçiliyin nə olduğu izah edilir, Azərbaycan torpaqlarında radikal kürd və erməni məsələsinə toxunulur və cənab Raefipurun başqa iddialarına cavab verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar