SON XƏBƏRLƏR

Azərbaycanlı öyrəncinin təhsilinə qadağa qoyuldu

2021.10.20, 07:36
Azərbaycanlı öyrəncinin təhsilinə qadağa qoyuldu

Gunaz.tv

GünAz TV: Öz millətinin milli və insani hüquqlarını tələb edən daha bir azərbaycanlı, İran rejimindən öz payını aldı.

 

Sistemin əleyhinə təbliğ ittihamı ilə 2011-ci il may ayının 20-də (1390-cı ordibeheşt ayının 30-da) tutuqlanan azərbaycanlı öyrənci fəal cənab Siyamək Kuşi universitetdən uzaqlaşdırılıb.

 

O 20 gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılıb və azad edildikdən sonra təhsildən məhruim edildiyini bilib. Beləki, Təbriz azad universiteti tərəfindən rəsmi məktub vasitəsi ilə Siyamək Kuşinin universitetdən uzaqlaşdırıldığı elan olunub.

 

Məktubda heç bir səbəb göstərilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar