SON XƏBƏRLƏR

İranlı fotomüxbir ölkədən çıxarkən yoxa çıxıb

2021.10.20, 07:36
İranlı fotomüxbir ölkədən çıxarkən yoxa çıxıb

Gunaz.tv

GünAz TV: İranlı fotomüxbir Məryəm Məcd Almaniyaya gedərkən Tehranın “İmam Xomeyni” adına beynəlxalq hava limanında yoxa çıxıb. Hadisə 5 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Məryəm Məcd qadınlar arasında dünya futbol çempionatını (qəhrəmani) işıqlandırmağa gedirmiş. O, iyunun (June) 17-də uçuşa bir neçə dəqiqə qalmış aeroportda (hava limanında) yoxa çıxıb.

 

 İranda qadınların futbol yarışlarını stadionlarda (stadiomlarında) seyr etmək hüquqları uğrunda aparılan kampaniyanın fəallarından olan Məryəm Məcd çapına qadağa qoyulmuş aylıq “Qadınlar” jurnalının əməkdaşlarından olub.

 

Gənc fotomüxbirin harada olduğu bilinməsə də, hüquq müdafiəçiləri onu ETTELAAT-ın tutduğunu təxmin edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar