SON XƏBƏRLƏR

Türkiyəli nazir Egemen Bağış sərhədlərin açılacağı günü dedi

2021.10.20, 07:36
Türkiyəli nazir Egemen Bağış sərhədlərin açılacağı günü dedi

Gunaz.tv

GünAz TV: “Ermənistanla Türkiyənin gələcəkdə ölkələrin, xalqların və insanların iztirablarını aradan qaldırmaq üçün şansları var”.

 

“Armenia today” portalının məlumatına görə, bunu Türkiyənin dövlət naziri Egemen Bağış jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, hər iki ölkənin prezidentləri münasibətlərin normallaşması istiqamətində cəsarətli addımlar atıblar, amma Türkiyə Azərbaycanın ərazi bütövlüyü məsələsinə çox həssas yanaşır və bu münaqişəyə laqeyd qala bilməz.

 

Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə nazir qeyd edib ki, bu, Azərbaycanla Ermənistanın barışmasının ertəsi gün baş verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar