SON XƏBƏRLƏR

Azərbaycanlı Məhbus barədə son məlumat

2021.10.20, 07:36
Azərbaycanlı Məhbus barədə son məlumat

Gunaz.tv

GünAz TV: Doktor Əsədullah Əsədi 2010-cu il iyul ayının 14-ü (1389-cu il tir ayının 23-ü) Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

 

Doktor Əsədi 6 ay Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılıb. O bu müddətdə öz əleyhinə etiraf etmək üçün cismi-ruhi işgəncələrə məruz qalıb və nəhayət 6 ay həbsdən sonra  müstəntiq Haşimzadə tərəfindən sistemin əleyhinə təbliğ və milli təhlükəsizlik əleyhinə fəaliyyətdə ittiham edilib.

 

6 ay həbs müddətində cənab Əsədinin ailəsi müstəntiq Haşimzadəyə dəfələrcə  müraciət edib və məlumat istəyiblər. Son müracitdə Haşimzadə Əsədinin İranın mərkəzi ETTELAATının gənəl idarəsinə köçürüldüyünü bildirib.

 

Adını çəkdiyimiz azərbaycanlı fəalın birinci məhkəmə iclası 2011-ci il iyun ayının 12-i (1390-cı il xordad ayının 22-i) Tehran Məhkəməsinin 15-ci şöbəsində vəkilsiz bir şəraitdə keçirilib. İkinci məhkəmə iclası isə 2011-ci il avqust ayının 8-də (1390-cı il mordad ayının 17-də) keçirilməlidir.

 

Xatırladaq ki, cənab Əsədi uzun müddət həbs və işgəncə olduğu və ailəsinə qarşı təhdid edildiyi üçün ağır ruhi və cismi vəziyyətdədir. O hətta bu ağır vəziyyətin təsir altında bir dəfə intihara cəhd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar