SON XƏBƏRLƏR

Əyyub Şiri hələdə həbsdə...

2021.10.20, 07:36
Əyyub Şiri hələdə həbsdə...

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Əyuub Şirinin həbsindən 49 gün keçsədə, təhlükəsizlik qüvvələri və məhkəmə məsulları onun vəziyyəti barədə heç bir məlumat vermirlər.

 

Ə.Şiri 25 gün Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldıqdan sonra bu şəhərin mərkəzi zindanına köçürülüb. O hələdə naməlum səbəbdən saxlanılır.

 

İlk öncə Təbrizin İnqilab Məhkəməsinin 4-cü şöbəsinin hakimi cənab Haşimzadə Ə.Şirinin ailəsinin müraciəti nəticəsində bildirmişdir ki, Şiri ancaq 15 gün sorğu-suala tutulacaq. Halbuki, adını çəkdiyimiz soydaşımız artıq 49 gündür sorğu-suala tutulmaqdadır.

 

Xatırladaq ki, cənab Şiri 2011-ci il aprel ayının 21-i (1390-cı il ordibeheşt ayının 1-i) Təbrizdə öz ata evində tutuqlanıb və şəxsi əşyaları ilə birlikdə ETTELAAT idarəsinə aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar