SON XƏBƏRLƏR

Mayıs Əlizadə: “Azərbaycanın mövqeylərinin güclənməsi işğal altında qalan torpaqların boşadılmasını diqtə edir”

2021.10.20, 07:36
Mayıs Əlizadə: “Azərbaycanın mövqeylərinin güclənməsi işğal altında qalan torpaqların boşadılmasını diqtə edir”

Gunaz.tv

GünAz TV: Ermənilər hələ bundan sonra da belə komitələrin yaranmasında və iclaslarında iştirak etməkdən imtina edəcəklər.

 

Bu sözləri GünAz TV mətbuat mərkəzinə Türkiyədən tanınmış jurnalist-politoloq Mayis Əlizadə ermənilərin AŞPA-nın (Avropa Şurası Pralamentinin) yay sessiyası (oturumu) çərçivəsində qurumun Dağlıq Qarabağ üzrə alt komitəsinin iclasına qatılmamaları ilə bağlı yayılan xəbərə şərh edərkən bildirib.

 

“Həmçinin bu hadisələr Dağlıq Qarabağda gedən siyasi proseslərlə bağlıdır. Bu gün Qarabağ rejimi ilə Ermənistan hakimiyyət arasında dərin ziddiyyət var. Qarabağdakı separtçı (bölücü) rejim Ermənistan rəhbərliyi tərəfindən hansısa güzəşti “xəyanət” adlandırırlar. Bu təzyiq Qarabağ rejimindən gəlir. Biz Kazan görüşü ərəfəsində görürük ki, Azərbaycanın torpaqlarının işğal edilməsində iştirak edən komandirlər (ordu rəhbərliyi) hansısa hədələyici açıqlamalar verirlər. Onlar birmənalı olaraq Sərkisyanı hədələyirlər və rayonların (şəhərlərin) boşadılmasına razılıq verəcəyi təqdirdə sərt etirazların baş qaldıracağını bəyan edirlər”- deyə, politoloq (siyasi şərhçi) qeyd etdi.

 

“Mənə elə gəlir ki, ermənilər bundan sonra proseslərdən (sürəcdən) yayınma və vaxtı uzatma siyasətini yürütməyə üstünlük verəcəklər. Çünki hazırda rayonların qaytarılması məsələsi ciddiləşir və Qarabağ erməniləri o rayonları “təhlükəsizlik qurşağı” kimi görürlər. Rayonların boşadılması isə onlar üçün bir kabusdur. Digər tərəfdən, bu gün Azərbaycanın mövqeylərinin güclənməsi işğal altında qalan rayonların geri qaytarılmasını diqtə edir”-deyə, Mayıs Əlizadə bildirdi.

Elnur Eltürk

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar