SON XƏBƏRLƏR

Amerika İranla əməkdaşlıq edən xarici şirkətlərə sanksiya (təhrim) qoydu

2021.10.20, 07:36
Amerika İranla əməkdaşlıq edən xarici şirkətlərə sanksiya (təhrim) qoydu

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi iyunun (June) 20-də İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 10 xarici şirkətə və 3 İran vətəndaşına sanksiya (təhrim, yaptırım) qoyduğunu açıqlayıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, sanksiyaya məruz qalan şirkətlərdən 6-sı Birləşmiş Ərəb Əmirliklərində, 2-si Sinqapurda, 1-i Çində, 1-i isə Böyük Britaniyada fəaliyyət göstərir.

 

ABŞ-ın İrana qarşı sanksiyalarını pozan, İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 3 İran vətəndaşının isə adları açıqlanıb. Bunlar Sinqapurda Asiya Dənizçilik Şəbəkəsi adı ilə fəaliyyət göstərən agentliyin (ajansın) direktoru Əlirza Qızıl Ayaq, İran Gəmiçilik Şirkətinin rəsmiləri Məhəmməd Müqəddəmi Fərd və Əhməd Təfəzzülidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar