SON XƏBƏRLƏR

PKK silahı yerə qoyur ama...

2021.10.20, 07:36
PKK silahı yerə qoyur ama...

Gunaz.tv

GünAz TV: PKK Terror təşkilatı silahı yerə qoymaq üçün  Türkiyə hökuməti qarşısında iki şərt irəli sürür.

Abdulla Öcalanın PKK-nın silahı yerə qoyması üçün irəli sürdüyü şərtləri eynilə PKK-da irəli sürüb. Terror təşkilatının həbsdəki lideri «PKK-nı tərksilah etməyimi istəyirsinizsə, Türkiyə Böyük Millət Məclisi rəsmi olaraq mənə çağırış etməlidir» deyə bildirmişdi. Təşkilatdan verilən açıqlamada da silahı yerə qoymağın başlıca şərti olaraq belə bir çağırış tələb edilib. Təşkilata yaxın internet saytlarında yer alan açıqlamada PKK sülh prosesinin (sürəcin) başlanması və demokratik konstitusion (Anayasal) həll variantlarının (seçənəklərinin) inkişafı üçün iki şərtin təxirə salınmadan yerinə yetirilməsini istəyir: «Türkiyə Böyük Millət Məclisi yeni qanunvericilik dövrünə başlayarkən Türkiyənin ən fundamental (təməl, əsasi) və strateji problemi olan kürd problemini həll etmək üçün Abdullah Öcalana demokratik konstitusion həll prosesində iştirak etməsi üçün çağırış etməlidir və bunun üçün müvafiq şərait yaratmalıdır.

İkincisi, Türkiyə dövləti və hökuməti adından baş nazir və ya buna bənzər səviyyədə dövləti təmsil edən bir səlahiyyətli kürd probleminin həllində məhvetmə və təmizləmə deyil, dialoq və dinc üsulların əsas götürüləcəyini, bu əsasda polis və hərbi əməliyyatların dayandırıldığını açıq şəkildə ictimaiyyətə bəyan etməli və prosesə start verməlidir». Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar