SON XƏBƏRLƏR

İranda vəba xəstəliyi aşkar edilib

2021.10.20, 07:36
İranda vəba xəstəliyi aşkar edilib

Gunaz.tv

GünAz TV: İranda 13 nəfərdə vəba epidemiyasına (yoluxan xəstəlik) yoluxma halı aşkar edilib, lazımı tədbirlər görülüb və onların ümumi vəziyyəti qənaətbəxşdir.

 

Bunu İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyinin Xəstəliklərin İdarəolunması Mərkəzinin rəhbəri Hüseyn Məsumi Əsl (Hossein Masoumi Asl) deyib. Bu barədə "Trend" İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir-ə istinadən məlumat verir.

 

Məsumi Əsl əlavə edib ki, vəba epidemiyasına yoluxma əsasən ölkənin Sistan, Bəlucistan, Şiraz, Əhvaz, Hörmuzqan əyalətlərində aşkar edilib. Epidemiyaya yoluxan şəxslərin qohumlarından analizlər götürülüb və onlarda bu epidemiyaya yoluxma faktı qeydə alınmayıb. Mərkəz rəhbəri bildirib ki, ölkədə 45 ilə yaxındır, vəba xəstəliyinə yoluxma halları aşkarlanır. Ötən il 15 nəfərdə yoluxma halı qeydə alınmışdı. Məsumi Əsl vəba xəstəliyinin ölkədə geniş yayılmadığını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar