SON XƏBƏRLƏR

İranda daha 3 nəfər edam edilib

2021.10.20, 07:36
İranda daha 3 nəfər edam edilib

Gunaz.tv

GünAz TV: Bu gün səhər İranın Sistan və Bəluçistan əyalətinin Zabul şəhərinin meydanında əhalinin gözü qarşısında üç nəfər edam olunub.

 

Məlumata əsasən, Sistan və Bəluçistan əyalət prokurorluğundan (dadistani) bildirilib ki, həmin şəxslər silahlı basqın, zorlama və oğurluq ittihamı ilə edama məhkum olunublar.

 

Beynəlxalq KİV-in (Kütləvi İnformasiya Vasitələrinin) məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək İranda 160 nəfərdən çox şəxs edam olunub. Narkotik (müxəddir maddələr) qaçaqmalçılığı və zorlama ittihamı ilə isə 90 nəfərdən çox şəxs edam olunub.

 

BMT (Birləşmiş Millətlər Təşkilatı) və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda (amarlarda) göstərildiyindən daha çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar