SON XƏBƏRLƏR

Pentaqon rəhbəri Robert Qeyts: “İran İraqdakı terrorçuları silahla təmin edir”

2021.10.20, 07:36
Pentaqon rəhbəri Robert Qeyts: “İran İraqdakı terrorçuları silahla təmin edir”

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləmiş Ştatlarının) müdafiə naziri Robert Qeyts İranı İraqdakı terror birləşlərini silahla təmin etməkdə günahlandırıb.

 

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Pentaqon  rəhbəri bildirib ki, rəsmi Tehran İraqda mütəmadi olaraq terror aktları  (əməlləri) törədən “Əl-Qaidə” üzvlərinə dəstək verir və onları silah-sursatla təmin edir.

 

Amerika Birləşmiş Ştatların müdafiə naziri İranın İraqda təsir dairəsini artırmasından narahatlığını bildirərək ümid edib ki, İraq hökuməti bu məsələyə ciddi yanaşacaq və silahların göndərilməsinin qarşısını ala biləcək. Robert Qeyts ölkəsinin terrorizmlə mübarizədə  İraqla əməkdaşlığı davam etdirdiyini də bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar