SON XƏBƏRLƏR

Bakıda keçiriləcək hərbi paradda (rejədə) “S-300” zenit-raket kompleksi nümayiş etdiriləcək

2021.10.20, 07:36
Bakıda keçiriləcək hərbi paradda (rejədə) “S-300” zenit-raket kompleksi nümayiş etdiriləcək

Gunaz.tv

GünAz TV: 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda (rejədə) Azərbaycan Ordusunun arsenalındakı (anbarındakı) ən son model silah və hərbi texnikalar nümayiş olunacaq.

Bu barədə APA hərbi mənbələrə istinadən xəbər yayıb.

Paradda ilk dəfə olaraq Azərbaycanın Rusiyadan aldığı “S-300” zenit-raket kompleksi də nümayiş olunacaq. “S-300 PMU2” «Favorit» tipli (NATO kod adı “SA-20b” və ya “Gargoyle b”) bu zenit-raket kompleksi «Azadlıq» meydanında tribuna önündən keçəcək.

Paradda ilk dəfə olaraq yerli istehsal olan hərbi texnika və silahlar da nümayiş olunacaq.

Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının (Cümhuriyyətinin) «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi «Matador» və «Marauder» tipli minaya (minə) qarşı qorumalı transportyorların (hamillərin, daşıyıcıların), «Land Rover» və digər heyət daşıyan maşınların üzərində Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış «İstiqlal» snayper (nişancı, gizli tirəndaz) tüfənginin, yerli müəssisələrdə istehsal olunan 60 mm çaplı «Kommando» tipli minaatanlar (minatanlar) və 82 mm çaplı minaatanların («Aşırım-5»), Azərbaycanın «Azad Systems» şirkətinin İsrail şirkəti ilə birgə istehsal etdiyi pilotsuz (xələbansız, hidayət edicisiz) aparatların (dəstqahların) və modernləşdirilmiş BTR transportyorların nümayişi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar