SON XƏBƏRLƏR

Haniyə Fərşi 7 il azadlıqdan məhrum edilib

2021.10.20, 07:36
Haniyə Fərşi 7 il azadlıqdan məhrum edilib

Gunaz.tv

GünAz TV: Təbrizli Haniyə Fərşi 11 ay müvəqqəti həbsdən sonra. Məhkəmə tərəfindən 7 il azadlıqdan məhrum edilib.

 

GünAz TV mətbuat mərkəzinin “Bamdad xəbər”-ə istinadən yaydığı məlumata görə, Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinin hakimi Muqəyyesə, 38 yaşlı qadını müqəddəslər və rəhbərə təhqirdə günahlı sayıb və onun barəsində 7 illik həbs qərarı çıxarıb.

 

Məhkəmə Hökmü 2011-ci il iyun ayının 15-də (1390-cı il xordad ayının 25-də) mühakimə günündən 2 ay sonra Haniyə Fərşiyə elan olunub. Müttəhim məhkəmə iclasında vəkil tutma hüququndan məhrum edildiyi üçün vəkilsiz şəkildə özünü müdafiə edib.

 

Qeyd edək ki, çıxarılan hökmün əsası Haniyə xanımın göndərdiyi Email, internet fəaliyyəti və təknəfərlik kamerada (sellul) saxlanılan vəziyyətdə verdiyi etiraflar olub.

 

Xatırladaq ki, adını çəkdiyimiz soydaşımız 2010-cu il iyul ayının 18-də (1389-cu il tir ayının 27-də) Təbrizdə öz ata evində tutuqlanıb və Tehranın Evin zindanına aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar