SON XƏBƏRLƏR

Milli Qəhrəman Mübariz İbrahimov anılıb

2021.10.20, 07:36
Milli Qəhrəman Mübariz İbrahimov anılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümü ilə əlaqədar şənbə günü məzarı üzərində anım mərasimi keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, bir qrup gənclər şəhid Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Mübariz İbrahimov öz həyatı və əməli ilə vətəndaşlıq borcunu yerinə yetirib.

Xatırladaq ki, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini (əfsərini) gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar