SON XƏBƏRLƏR

Suriya hökumətinin qisas əməliyyatı davam edir

2021.10.20, 07:36
Suriya hökumətinin qisas əməliyyatı davam edir

Gunaz.tv

GünAz TV: Suriyada hökumət qüvvələri ilə müxaliflər arasındakı toqquşmalar davam edir. Ordu birlikləri ölkənin şimalında genişmiqyaslı əməliyyatlar keçirir.

Dövlət televiziyası vertolyotlarla ((helikopterlərlə) 200 tankın müşayiət etdiyi əsgərlərin Cisr Eş Şuğur qəsəbəsi yaxınlığındakı meşəlikdə silahlı çeteləri təqib etdiyini bildirib.

Qəsəbədə sıx-sıx partlayış və silah səsləri eşidilir.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Suriya ordusunda isə bölünmələr davam edir.  Bir tank batalyonundakı (qurdan) əsgərlərin bir hissəsinin xalqa atəş açmağı rədd edərək müxalifətin tərəfinə keçdiyi bildirilir.

BMT-dəki (Birləşmiş Millətlər Təşkilatındakı) Suriya qətnaməsinin qəbulu isə çətin görünür. Layihənin müəlliflərindən olan Fransanın BMT-dəki səfiri Jerard Aro "iki həftədir mübahisə edib dururuq. Bu müddət ərzində Suriyada aralarında qadın və uşaqların da olduğu 400 nəfər dünyasını dəyişib" deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar