SON XƏBƏRLƏR

Amerika diktator hökumətlərin müxalifləri üçün "kölgə" internet sistemi yaradır

2021.10.20, 07:36
Amerika diktator hökumətlərin müxalifləri üçün "kölgə" internet sistemi yaradır

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) “kölgə” internet sisteminin yaradılması üçün qlobal (kürəsəl) səylərə maliyyə ayırır.

The New York Times qəzetinin yazdığına görə, ABŞ hökuməti repressiv (sərkub edən) hökumətləri nüfuzdan salmaq istəyən dissidentlərə (müxaliflərə) kömək məqsədilə “kölgə” internet sisteminin yaradılması üçün qlobal (kürəsəl) səylərə maliyyə ayırır.

Qəzetdə dərc edilən məlumata əsasən, 2 milyon dollar maliyyənin ayırılması səylərinə Dövlət Departamenti (xarici işlər nazirliyi) başçılıq edir.

The New York Times bildirir ki, buraya xarici ölkələrdə müstəqil mobil telefon şəbəkəsinin yaradılması da daxildir. Bu səylərə Misirdə keçmiş prezident Hüsnü Mübarəkin hakimiyyətinin son günləri ölkədə internet şəbəkəsini bağlaması təkan verib. Şimali Afrika və Yaxın Şərqdə dissidentlər hökumət əleyhinə nümayişləri əlaqələndirmək üçün internetdən istifadə etmişdi. VOA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar