SON XƏBƏRLƏR

Azərbaycanlı namizəd Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib

2021.10.20, 07:36
Azərbaycanlı namizəd Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib

Gunaz.tv

GünAz TV: Türkiyədəki Azərbaycan diasporunun liderlərindən biri, Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat (millət vəkili) mandatı (hökmü) qazanıb.

Bu barədə məlumat Milli.Az xəbər portalına Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilib.

Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə əsas namizədi idi. MHP-nin onu bu bölgədə əsas namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlib.

Əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İqdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarını daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün TAD diaspor təşkilatını yaradıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar