SON XƏBƏRLƏR

Tehranda keçirilən sükut yürüşündə onlarla etirazçı tutuqlanıb

2021.10.20, 07:36
Tehranda keçirilən sükut yürüşündə onlarla etirazçı tutuqlanıb

Gunaz.tv

GünAz TV: İyunun (June) 12-si İran paytaxtı Tehranda repressiyalara (sərkublara) qarşı sükut yürüşündə onlarla aksiyaçı (etirazçı) tutulub.

Yürüş 2009-cu ilin iyununda prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazların ikinci ildönümü münasibəti ilə keçirilib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, yürüşün Tehranın “Vəliyyi əsr” küçəsində keçirilməsi nəzərdə tutulsa da, həmin küçə və onun ətrafı hərbi nəzarətə götürülüb.

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) qüvvələri, “Bəsic” könüllüləri, polis və mülki geyimli ETTELAAT əməkdaşlarının küçə və meydanları nəzarətə götürməsinə baxmayaraq on minlərlə aksiyaçı sükut yürüşünə qatılaraq repressiyalara etiraz edib.

Hökumət qüvvələri bəzi yerlərdə dəyənəklə aksiyaçılara hücum çəkərək onlarla insanı tutaraq bilinməz istiqamətə aparıblar. Gecə saatlarına qədər davam edin sükut yürüşündə paytaxtın bir sıra məhəllələrində vətəndaşlar damlara çıxaraq  “Allahu əkbər” şüarları səsləndiriblər.

Sükut yürüşündə tutulan vətəndaşların kimliyi barədə məlumat yoxdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar