SON XƏBƏRLƏR

Zindanda aclıq edən iranlı siyasi fəal vəfat edib

2021.10.20, 07:36
Zindanda aclıq edən iranlı siyasi fəal vəfat edib

Gunaz.tv

GünAz TV: İranlı  jurnalist və hüquq müdafiəçisi Reza Hoda Sabir 10 günlük aclıqdan sonra Evin həbsxanasında infarktdan (səktədən) keçinib.

Bu barədə müxalifətdə olan Kaleme.com saytı xəbər verir.

O 2009-cu ildə İranda keçirilmiş mübahisəli prezident seçkisindən sonra hökumət əleyhinə nümayişlərdə iştiraka görə həbs olunmuşdu.

Reza Hoda Sabir təhlükəsizlik qüvvələrinin hərəkətinə görə bu günlərdə atasının dəfn mərasimində ürək tutmasından keçinmiş həmkarı Haleh Sahabinin ölümünə etiraz olaraq həbsxanada  açlıq aksiyası (etisabe ğəza) keçirirdi.

Həbsxana rəhbərliyi Sahabini atasının dəfninə buraxsa da mərasim zamanı onunla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranır və o döyülərək huşşuz halda xəstəxanada keçinir.

50 yaşlı Reza Hoda Saber fəaliyyətinə görə 2009-cu ildən əvvəl də həbsdə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar