SON XƏBƏRLƏR

Səid Muğanlı Təbriz ETTELAATına köçürülüb

2021.10.20, 07:36
Səid Muğanlı Təbriz ETTELAATına köçürülüb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı jurnalist, şair və tanınmış milli-mədəni fəal cənab Səid Muğanlı Təbrizin ETTELAAT idarəsinə köçürülüb.

 

Cənab Muğanlı 2011-ci il iyun ayının 8-də (1390-cı il xordad ayının 18-də) Ərdəbil vilayətinin (ostanının) Üngüt şəhərinin Yelsu kəndində tutuqlanıb.

 

Adını çəkdiyimiz azərbaycanlı fəalın ailəsinə istinadən yayılan xəbərə görə, cənab Muğanlı ailəsi ilə ilk telefon bağlantısında Təbrizin ETTELAAT idarəsinə köçürüldüyünü deyib. O qısa telefon bağlantısında ancaq qeyd etdiyimiz xəbər və səhhətinin sağlamlığı ilə bağlı məlumat verib və ittihamları ilə bağlı heç bir bilgi verməyib.

 

Güney mənbələrinində yaydığı məlumata görə, güman edilir ki, cənab Muğanlı azərbaycanın milli hüquqları zəminində apardığı mədəni fəaliyyətlərə görə tutuqlanıb.

 

Xatırladaq ki, Səid Muğanlı tanınmış ədəbiyyatçılardan biridir. O müxtəlif dərgilərdə qiymətli məqalələrlə çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar