SON XƏBƏRLƏR

Suriyadan Türkiyəyə minlərlə qaçqın gəlib

2021.10.20, 07:36
Suriyadan Türkiyəyə minlərlə qaçqın gəlib

Gunaz.tv

GünAZ TV: Suriyadakı etiraz çıxışlarının qarşısının zor gücü ilə alınması həmsərhəd Türkiyəyə üz tutan qaçqınların sayının kəskin şəkildə artması ilə müşayiət olunur.

 

APA-nın bbc.com saytına hazırda rəsmi rəqəmlərə görə Türkiyə ərazisinə keçən adamların sayı 4.300 ətrafındadır.

 Didərgin düşmüş adamların qeyri-rəsmi sayının daha yüksək ola biləcəyi bildirilir.

 

Türkiyə Xarici İşlər Nazirinin yüksək rütbəli rəsmisi Halit Çevik deyib ki, ölkəsi problemdən narahatdır, lakin evlərini qoyaraq Türkiyədə sığınacaq axtaran adamların üzünə qapını bağlamayacaq.

 

“Onlar gəlirlərsə bu humanitar (insani) məsələdir. Biz imkan daxilində əlimizdən gələni etməyə hazırıq”, - deyib diplomat.

 

Ankara problemdən yayınmaq üçün Suriyada sabitliyin yaranmasında maraqlı olduğunu bildirir.

 

Türkiyə rəsmiləri Suriya rəhbərliyi ilə danışıqlarda onu zorakılıqdan çəkinərək demokratiyanın bərpasına çağırdığını qeyd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar