SON XƏBƏRLƏR

İranda müxalifət sabah mitinq keçirəcək

2021.10.20, 07:36
İranda müxalifət sabah mitinq keçirəcək

Gunaz.tv

GünAz TV: İran müxalifəti yenidən mitinq keçirməyi hazırlaşır. İyunun (June) 12-nə təyin edilən kütləvi nümayiş 2009-cu il 12 iyun prezident seçkisinin ikinci ildönümünə həsr edilib.

İran inqilabçıları düşərgəsini təmsil edən gənclər əhaliyə müraciət edərək onları “sakit” mitinqdə aktiv (fəal) şəkildə iştirak etməyə çağırıblar. Bu barədə ANS PRESS İran kütləvi informasiya vasitlərinə istinadən xəbər yayıb.

Xatırladaq ki, 2009-cu il iyunun 12-də İranda prezident seçkisi keçirilib. Seçkinin nəticələrinə əsasən, hazırda fəaliyyətdə olan dövlət başçısı Mahmud Əhmədinejad səs çoxluğu ilə prezident seçilib. Lakin seçkinin nəticələri ilə razılaşmayan müxalifət tərəfdarları kütləvi nümayişlərə start verib. Etirazlar zamanı onlarla insan həlak olub, mindən çoxu isə yaralanıb. Məhz bu hadisədən sonra İranda kütləvi həbslər geniş vüsət almağa başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar