SON XƏBƏRLƏR

Libi diktatoru atəşi dayandırmağa hazır olduğunu bəyan edib

2021.10.20, 07:36
Libi diktatoru atəşi dayandırmağa hazır olduğunu bəyan edib

Gunaz.tv

GünAz TV: Liviya (Libi) lideri Müəmmər Qəddafi ABŞ administrasiyasına (administration) müraciət edərək atəşkəsə və müxalifətçilərlə ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) nəzarəti altında danışıqlara hazır olduğunu bildirib.

 

Qəddafinin müraciəti ABŞ media orqanlarında yayılıb. Müraciət Nümayəndələr palatasının (nümayəndələr məclisinin) spikeri (sədri) Con Boynerə, həmçinin Ağ Evə ünvanlanıb.

 

Qəddafi «ABŞ-ın rəhbərliyi altında ölkə daxilindəki müvafiq tərəflərlə danışıqlara hazır olduğunu» bildirib. «Mən sizə - böyük demokratiyaya müraciət edirəm ki, xalqımızın gələcəyini müəyyən etməkdə bizə kömək edəsiniz», deyə Qəddafi yazır. Onun sözlərinə görə, Tripoli (Trablos) nəinki atəşkəsə, həmçinin razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək müşahidəçiləri qəbul etməyə də hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar