SON XƏBƏRLƏR

Suriyada daha bir qanlı cümə: Xalqa helikopterlərlə hücum edilib

2021.10.20, 07:36
Suriyada daha bir qanlı cümə: Xalqa helikopterlərlə hücum edilib

Gunaz.tv

GünAz TV: Suriya dünən cümə namazından sonra yenə atışmalarla sarsılıb. Ölkədə hökumətin həyata keçirdiyi əməliyyatlarda 32 insan ölüb.  

Hökumət qüvvələrinin bir qəsəbədə nümayişçilərə vertolyotlardan (helikopterlərdən) atəş açdığı bildirilir.

 

Toqquşmaların ən şiddətli olduğu yer şimaldakı Maaret Əl Numan qəsəbəsi olub. Cisr Es Şuğur qəsəbəsi yaxınlığında bulunan bu yaşayış məntəqəsində rejim əleyhdarları polis məntəqələrinə hücum ediblər, hökumət qüvvələri isə tanklarla ətrafa atəş açıblar.

 

Suriya dövlət televiziyası ölənlər arasında təhlükəsizlik xidməti əməkdaşlarının da olduğunu bildirib. Şahidlər ən azı 5 vertolyotdan nümayişçilərə atəş açıldığını qeyd ediblər.

 

45 min əhalisi olan Cisr Eş Şuğur qəsəbəsində xalqın çoxunun artıq qaçdığı bildirilir. Qəsəbədə polisin xalqa atəş açdığı, əsgərlərin isə atəş açmamaq üçün uniformalarını çıxardıqları bildirilir.

 

Əsad isə kimsəni dinləmir. BMT (Birləşmiş Millətlər Təşkilatı) sözçüsü baş katib Ban Ki Munun Suriya prezidenti ilə danışmaq istədiyini, amma Əsadın "uyğun deyiləm" deyə danışıqdan imtina etdiyini deyib.  TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar