SON XƏBƏRLƏR

Sabah qardaş ölkədə parlament seçkiləridir

2021.10.20, 07:36
Sabah qardaş ölkədə parlament seçkiləridir

Gunaz.tv

GünAz TV: 15 siyasi partiyanın iştirak etdiyi seçkilərdə 7 695 namizəd millət vəkili mandatı (hökmü) qazanmaq uğrunda mübarizə aparacaq.

 

Namizədlərdən 7492 nəfəri siyasi partiyaların təmsilçiləridir, 203 namizəd isə seçkilərə müstəqil şəkildə qatılır. Parlament seçkilərində 50 milyon 189 min 930 seçici 85 seçki dairəsi üzrə 199207 seçki məntəqəsində səs verəcək. Xarici ölkələrdə olan 2,568,977 seçici isə mayın 10-dan etibarən 25 gömrük keçid məntəqəsində səs verirlər. Seçkilərdə İstanbuldan 3 seçki bölgəsi üzrə 85, Ankaradan 2 seçki bölgəsindən 31, İzmirdən isə 2 seçki dairəsindən 16 millət vəkili seçiləcək.

 

Seçkilər Türkiyənin 32 vilayətində Bakı vaxtı ilə saat 9-da başlayıb, 6-da bitəcək. Digər seçki bölgələrində isə səsvermə saat 10-19 radələrində gerçəkləşəcək. Seçkilərdə əsas mübarizənin hakim AKP, müxalifətdə olan CHP və MHP, həmçinin seçkilərdə müstəqil namizədlərlə qatılan BDP-nin yaratdığı seçki bloku arasında gedəcək. Digər partiyaların 10 faizlik seçki baryerini (bariyer, maneə) aşması real görünmür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar