SON XƏBƏRLƏR

Türkiyədən Qəddafiyə təminat :“Ölkəni tərk etsin, hara desə göndərərik...”

2021.10.20, 07:36
Türkiyədən Qəddafiyə təminat :“Ölkəni tərk etsin, hara desə göndərərik...”

Gunaz.tv

GünAz TV: Türkiyə Liviya (Libi) lideri Müəmmər Qəddafiyə ölkəni tərk etməsi qarşılığında təminat verib.

Lent.az-ın AFP-yə istinadən məlumatına görə, bu barədə iyunun (June) 10-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Qəddafinin Liviyanı tərk etməkdən başqa yolu yoxdur. “Biz ona demişik ki, hara arzulayırsa, oraya da göndərə bilərik” – deyə baş nazir bildirib.

“Onun cavabından asılı olaraq, biz bu məsələni öz müttəfiqlərimizlə (NATO üzrə) müzakirə edəcəyik. Ancaq təəssüf ki, biz hələ ki ondan heç bir cavab almamışıq” – deyə, Ərdoğan əlavə edib.

Ərdoğan Qəddafiyə məhz hansı təminatın verildiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, iyunun 9-da ABŞ (Amerika Birləşmiş Ştatları) , Fransa, Böyük Britaniya, Qətər, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirliklərinin) də daxil olduğu 22 dövlətdən ibarət Liviya üzrə təmas qrupu Liviya müxalifətindən tələb edib ki, Qəddafinin öz postundan getməsindən sonrakı dövr üçün fəaliyyətlərinin müfəssəl planını (tərhini) təqdim etsinlər.

İyunun 7-də, 69 yaşının tamam olması münasibətilə liviyalıları müraciət edən Qəddafi bəyan etmişdi ki, öz postundan getməyə hazırlaşmır. O, özünün fiziki məhvinin mümkünlüyünü də istisna etməyib və bildirib ki, bu əzablar təslim olmaqdan milyon dəfə yaxşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar