SON XƏBƏRLƏR

İranda daha bir bəhai tutuqlanıb

2021.10.20, 07:36
İranda daha bir bəhai tutuqlanıb

Gunaz.tv

GünAz TV: İranda bəhai dinindən olan gənc Enisa Dehqani tutulub. Hadisə doqquz gün əvvəl baş versə də, bununla bağlı xəbər yenicə yayılıb.

 

ETTELAAT-ın Məşhəd şöbəsinin əməkdaşları iyunun (June) 1-də Enisa Dehqanini şəhərin vağzalından tutub aparıblar.

 

Enisa yaxın dostlarını görmək üçün İsfahandan Məşhədə gedibmiş. Enisanın hazırda ETTELAAT-ın Məşhəd idarəsinin zindanında saxlandığı bildirilir.

 

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. Amma İran Konstitusiyası (Anayasası) bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası (Cümhuriyyəti) bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub.  Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar