SON XƏBƏRLƏR

Bu gün 3 ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək

2021.10.20, 07:36
Bu gün 3 ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Gunaz.tv

GünAz TV: Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü keçiriləcək.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, nazirlər Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov prezidentlərin iyunun (June) 25-də Kazanda keçiriləcək üçtərəfli görüşünə hazırlıq prosesini müzakirə edəcəklər.  

 

Xatırladaq ki, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının) Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov XİN başçılarının görüşündə prezidentlərə təqdim olunacaq yekun təkliflərin hazırlanacağını deyib: “Biz bu məsələdə Dovil bəyanatından çıxış edirik. O bəyanatda bildirilir ki, bu sənədin hazırlanması işimizə əlavə stimul (əngizə, təşviq) vermiş olacaq. Güman edirik ki, Kazanda tərəflər konstruktiv (faydalı) mövqe nümayiş etdirəcəklər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar