SON XƏBƏRLƏR

Savalan ətəklərində köçəri Şahsevənlər

2021.10.20, 07:36
Savalan ətəklərində köçəri Şahsevənlər

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Savalan dağı Ərdəbil Ostanlığının hər yerindən görünür.  İranın ən hündür dağlarından biri olduğu üçün qışı-yayı zirvələri həmişə qarla örtülü olur.

 

Savalanın ətəkləri qış fəslində xizək idmanı sevərlər üçün cəlbedicidir. Yayda isə dağın ətəyində qaynayan kükürdlü müalicəvi “Qotursu” həvəsinə bura gələnlərin hesabına Savalan dağı həmişə adamlarla dolu olur.

 

Savalan dağı Şahsevən eli üçünsə ikinci yurd yeridir. Belə ki, onlar yüz illərdir hər il yazın əvvəlindən payızın sonlarınadək İranın Bilasuvar, Muğan, Qaradağ bölgələrindən Savalan ətəklərinə təşrif buyurur və heyvandarlıqla məşğul olurlar. Qeyd edək ki, Ərdəbil və Muğan bölgəsində 32, Meşkində 40, Qaradağda 18 oymaq Şahsevən elinə bağlıdır.

 

Onlar daimi yaşayış yerlərində kampakt yaşasalar da Savalanın ətəklərində qurduqları alaçıqlar pərakəndədir. Demək olar ki bu pərakəndəlik hesabına Şahsevənlər yenidən Arana qayadanadək digər yerlilərlə ünsiyyətdə olmur, öz ailələri ilə xudmani həyat yaşayırlar. Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar