SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı Tehranda Foto Sərgisi keçirilir

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı Tehranda Foto Sərgisi keçirilir

Gunaz.tv

GünAz TV: Urmulu fotoqraf (əkkas) cənab İsfəndiyar Əsğərxaninin çəkdiyi şəkillər Tehranın Lalə Niqarxanəsində (qalereyasında) nümayiş etdirilib.

 

2011-ci il iyun ayının 7-də (1390-cı il xordad ayının 17-də) başlayan "Göl qapalıdır" Sərgisi iyun ayının 15-ə (xordadın 25-ə) qədər davam edəcək.

Sərgidə Urmu Gölündən çəkilmiş son 30 ilə aid şəkillər nümayiş etdirir. Bu şəkillər Gölü vaxtı ilə hansı səthdə suyunun olduğunu, indi isə suyun səthinin nə qədər düşdüyünü göstərir.  

 

Tehran Bələdiyyəsinin idman-mədəniyyət qurumu və Urmunun Kinoteatr Ocağının təşəbbüsü ilə keçirilən Sərginin məqsədi Urmu Gölünün quruması faciəsini xatırlatmaqdır.

 

Xatırladaq ki, Lalə Niqarxanəsi Fatimi xiyabanında Lalə Hoteli yanında yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar