SON XƏBƏRLƏR

Urmu Gölü uğrunda tutuqlanan soydaşlarımızı UNUTMAYAQ

2021.10.20, 07:36
Urmu Gölü uğrunda tutuqlanan soydaşlarımızı UNUTMAYAQ

Gunaz.tv

GünAz TV: Azərbaycan və ətraf bölgələrin gələcək həyatını ciddi təhlükə ilə qarşı-qarşıya gətirən Urmu Gölünün quruma prosesi (sürəci), təbii olaraq soydaşlarımızın etirazına səbəb olub.

 

İran rejimi isə ətraf-mühit tərəfdarlarına yardim etmək yerinə onları yaxalayıb zindanlara salmaqla etiraz səslərini boğmağa çalışır.

 

2010 və 2011 (1389 və 1390) illərinin aprel ayının 2-də (fərvərdinin 13-də) Urmu Gölünün quruması və İran rejiminin buna laqeyd qalması ilə bağlı möhtəşəm Yığıncaqlar keçirildi. Hər iki dinc Yığıncaqda yüzlərlə soydaşımız təzyiqlrə məruz qalıb, döyülüb və tutuqlandı. Tutuqlanan soydaşlarımız müxtəlif zamanlarda fərqli vasitələrlə azadlığa buraxılsalarda hələdə həbsxanalarda qalan soydaşlarımız var.

 

Bu gün (iyunun 11-i , xordadın 21-i) Hüseyn Nəsirinin yaxalanıb və həbsə düşdüyü gündən 435 gün keçir. O həbs müddətində çoxlu şingəcələrə məruz qalıb və dəfələrlə ciddi şəkildə xəstələnib.

 

Urmu Gölünün ikinci Yığıncağında yaxalanan bir neçə soydaşımızın həbs müddətindən isə 71 gün keçir. Həbib Purvəli, Əli Səlimi, Cəlil Ələmdar Milani, Höccət Muxtarzadə və Səid Siyami 6 aylıq həbs qərarı ilə zindana salınıblar.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar