SON XƏBƏRLƏR

İranın təhlükəsizlik nazirliyi: İranda dörd terrorçu həbs olunub, üçü isə öldürülüb

2021.10.20, 07:36
İranın təhlükəsizlik nazirliyi: İranda dörd terrorçu həbs olunub, üçü isə öldürülüb

Gunaz.tv

GünAz TV: Ötən iki gün ərzində İran polisi və təhlükəsizlik qüvvələri Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində terrorçulara qarşı birgə əməliyyatlar həyata keçiriblər.

 

Əməliyyatlar zamanı 4 terrorçu həbs olunub, 3-ü isə öldürülüb. Bunu İranın təhlükəsizlik naziri Heydər Müslehi deyib. Bu barədə "Trend" İranın “FARS” xəbər agentliyinə (ajansına) istinadən məlumat verir.

 

Heydər Müslehi terrorçuların hansı terror təşkilatına üzv olduqlarını açıqlamayıb.

 

Təhlükəsizlik nazirinin sözlərinə görə, terrorçular yollarda sürücülərə və təmir işləri aparan fəhlələrə hücum edib, onların bədən üzvlərini kəsiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar