SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad türk jurnalistinə irad tutub

2021.10.20, 07:36
Mahmud Əhmədinejad türk jurnalistinə irad tutub

Gunaz.tv

GünAz TV: Mahmud Əhmədinejad Türkiyəli jurnalistə deyib ki, “Türkiyədən gəlmisən ingiliscə danışırsan. Türkcə danış ki hər kəs anlasın.”

 

İranın dövlət başçısı Mahmud Əhmədinejad paytaxt Tehranda yerli və xarici mətbuat nümayəndələrinin iştirakıyla keçirilən mətbuat konfransında Türk jurnalistə sualı ingilis dilində verməsini irad tutub: “Türkcə danış, hər kəs anlasın”.

 

“Türkiyədən gəlmisən ingiliscə danışırsan” deyərək zarafatyana irad tutan Əhmədinejad müxbirin sualını cavablandırdıqdan sonra gülümsəyərək iki dəfə Türkcə “sağ ol” deməyi də unutmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar