SON XƏBƏRLƏR

“Azərbaycan türkcəsi sözlüyü” kitabı işıq üzü görüb

2021.10.20, 07:36
“Azərbaycan türkcəsi sözlüyü” kitabı işıq üzü görüb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Qısaca “Ərk Sözlüyü” adlanan “Azərbaycan türkcəsi sözlüyü” kitabı Təbrizin "Əhrar" yayımları (nəşriyyatı) tərəfindən nəşr edilib.

 

Əsərin müəllifi Azərbaycanlı araşdırıcı cənab İsmail Cəfərzadədir. Müəəlif bu əsərdə 115 mindən çox türkcə ana sözcük, deyim, yer və şəxs adlarını çəkib. Sözcüklərin farsca və bəzi halda ingiliscə qarşılıqları yazılıb və bir sıra kələmələrin kökü ilə bağlı müəllifin görüşləri də yer alıb.

 

Cənab İ.Cəfərzadə kitaba yazdığı giriş yazısında istifadə etdiyi qaynaqlar, sözlükdə işlədilən yazı quralları, türkcə və yabancı kələmələrin yazılışı və ... barədə geniş məlumat verib.

 

Qeyd edək ki, cənab Cəfərzadə 1957-ci (1336-cı) ildə Güney Azərbaycanın Qərəzyaləddin şəhərində dünyaya göz açıq.

Onun bir neçə sahədə qiymətli kitab əsərləri var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar