SON XƏBƏRLƏR

Urmu universitetində Kürd terrorizmi dətəkçisi 2 dərginin qarşısı alındı

2021.10.20, 07:36
Urmu universitetində Kürd terrorizmi dətəkçisi 2 dərginin qarşısı alındı

Gunaz.tv

GünAz TV:  PKK terror təşkilatının strategiyasını təbliğ edən, Azərbaycanın Urmu şəhərini  kürd şəhəri kimi təqdim edən iki dərgi yayımını dayandırmalı olub.

 

“Bujan” və “Hərəvəz” dərgiləri radikal millətçi kürdlər və PKK-nın fəaliyyəti istiqamətində hərəkət edərək,  Azərbaycan və bölgənin tarixini təhrif edib bu zəmində yazılar dərc edib.

 

Bu səbəbdən türk öyrənciləri dəfələrlə universitet məsullarına müraciət edərək öz etirazlarını bildirib və Bəyanatlar yayıblar. Nəticədə universitet məsulları da təhlükənin əhəmiyyətini dərk edib və öyrəncilərin səsinə səs veriblər. Bütün bu müqavimətlər sonuçunda adlarını çəkdiyimiz dərgilərin yayımına universitet mətbuatına nəzarət komitəsi tərəfindən qadağa qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar