SON XƏBƏRLƏR

Suriya Qətnaməsi Birləşmiş Millətlər Təşkilatında...

2021.10.20, 07:36
Suriya Qətnaməsi Birləşmiş Millətlər Təşkilatında...

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası üzvlərindən İngiltərə, Fransa, Almaniya və Portuqaliya Suriyanı qınayan qətnamə layihəsini quruma təqdim edib.

 

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Mark Lyall Qrant qətnamə layihəsində Suriyadakı şiddətə dərhal son qoyulmasının tələb edildiyini və sistematik insan haqları pozuntularının qınandığını bildirib.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Layihədə  Suriya xalqının legitim (qanuni, məşru) islahat tələblərinə cavab verəcək addımların atılması çağırışına yer verilib. Eyni zamanda müəlliflər BMT-yə üzv ölkələri Suriyaya silah göndərilməsinin qarşısını almağa çağırıblar.

 

Fransanın BMT-dəki daimi nümayəndəsi Jerard Araud Suriyada pisləşən vəziyyətin Şuranın bu məsələ ilə bağlı qərar qəbul etməsini zəruri etdiyini bildirib: "Təhlükəsizlik Şurası hərəkətə keçməlidir. Suriyada vətəndaş müharibəsinin başlayacağından narahatıq".

 

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) BMT-dəki daimi nümayəndəsi Suzan Rays da qətnaməyə dəstək verdiklərini söyləyib.

Qətnaməyə müsbət yanaşmayan Rusiya və Çinin mövqeyi isə hələ bəlli deyil.

 

BMT-dəki mənbələr qətnamənin bir-iki gün içərisində səsverməyə çıxarılacağını bildiriblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar