SON XƏBƏRLƏR

Türkiyə: Seçkilərin əsas sualı Anayasa dəyişiklikləridir

2021.10.20, 07:36
Türkiyə: Seçkilərin əsas sualı Anayasa dəyişiklikləridir

Gunaz.tv

GünAz TV: Türkiyədə iyunun 12-də (June) keçiriləcək parlament seçkilərinin əsas sualı budur ki, bu səsvermə nəticəsində hakim partiya Konstitusiya (Anayasa) dəyişiklikləri etmək üçün yetərli qədər dəstək qazanacaqmı?

 

BBC seçkilər ərəfəsində gündəlikdə duran digər məsələləri sual cavab formatında diqqətinizə təqdim edir.

 

Kim qələbə çala bilər?

 

İyunun 12-də keçiriləcək parlament seçkilərinin hökumətdə hər hansı bir yeniliyə səbəb olacağının ehtimalı aşağıdır. Əsas sual AKP partiyasının qələbə qazanıb-qazanmayacağından yox, partiyanın nə kimi səs çoxluğu ilə qalib gələcəyindən ibarətdir.

 

Gündəlikdə duran nədir?

 

Parlamentdə 367 yer qazanmaq üçün seçicilərə müraciət edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan daha geniş dəstəyə çağırıb. 367 mandat (hökm, ixtiyar) olduqca önəmli bir amildir. Bu qədər və bundan artıq səsə malik olan referendum çağırmadan Konstitusiya dəyişiklikləri etmək imkanı əldə etmiş olur. Bütün partiyalar Konstitusiya dəyişikliklərinin zəruriliyi ilə razılaşırlar. Lakin ehtiyat edilir ki, baş nazir Ərdoğan prezidentlik sisteminə doğru hərəkət edir.

 

Seçkilər Türkiyə kürdləri üçün nə vəd edir?

 

Kürd məsələsi xüsusi ilə də yeni Konstitusiyanın müzakirələri vaxtı ən mübahisəli mövzulardan bir ola bilər. Kürd mənşəli siyasətçilər ölkənin cənub-şərqi üçün müəyyən muxtariyyət səviyyəsi tələb edirlər. Hərçənd ki, aparıcı partiyalar tərəfindən özünüidarəetmə sisteminə bənzəyən hər-hansı bir qərarın qəbul ediləcəyinə inanmaq çətindir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar