SON XƏBƏRLƏR

“Traxtur” taxımına (timinə) yeni oyunçu cəlb olunub

2021.10.20, 07:36
“Traxtur” taxımına (timinə) yeni oyunçu cəlb olunub

Gunaz.tv

GünAz TV:  “Sepahan” futbol taxımının (timinin) keçmiş oyunçusu Ehsan Hac Səfi Təbrizin “Traxtur” klubu ilə 2 illik anlaşma imzalayıb.

 

“Traxtur” klubunun müdir amili cənab Cəfər Cəfəri bildirib ki, Ehsan Hac Səfi əsgərlik dönəmini bitirib və hazırda azad bir oyunçudur. Biz onunla 2 illik anlaşma imzalamışıq və bu oyunçu gələcəkdə “Traxtur” taxımında oynayacaq.

 

 

 

Xatırladaq ki, keçən Superliqa rəqabətlərində “Traxtur” taxımında oynayan əslən İraqlı oyunçu Casim Kərrar isə “İstiqlal” taxımında oynayacaq. Bu barədə bir neçə gün öncə “İstiqlal” klubunun başçısı Əli Fətullahzadə məlumat vermişdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar