SON XƏBƏRLƏR

4 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
4 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Dünən (iyunun 8-i , xordadın 18-i) 4 nəfər azərbaycanlı fəal və “Traxtur” futbol taxımı (timi) tərəfdarının Məhkəmə İclası keçirilib.

 

Təbrizin İnqilab Məhkəməsində keçirilən iclasda Şəbistərli Behnam Nurməhəmmədi və Vəli Rövşəni və Ərdəbilli Mehdi və Rəhim Qulabi cənabları mühakimə olunublar.

 

Mühakimə olunan soydaşlarımız 2010-cu il oktyabr ayının 10-u (1389-cu il mehr ayının 18-i) “Traxtur-Neft” müsabiqəsi bitdikdən sonra Təbrizin səhənd stadionunu (stadiomunu) tərk edərkən təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və 12 gün keçici həbsdən sonra təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar və “Traxtur” tərəfdarları sistemin əleyhinə əməl etməkdə suçlanırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar