SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səid Muğanlı tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səid Muğanlı tutuqlanıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı şair, jurnalist və tanınmış milli-mədəni fəal cənab Səid Muğanlı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb.

 

Dünən (iyunun 5-i , xordadın 15-i) ETTELAAT məmurları Ərdəbil vilayətindəki (ostanındakı) Üngüt şəhərinin Yelsu kəndinə gedərək, cənab Muğanlını öz ata evində tutuqlayıb və naməlum istiqamətə aparıblar.

 

GünAz TV mətbuat mərkəzinin “Təbriz  post”a istinadən yaydığı məlumata görə, 8 nəfər ETTELAAT məmuru cənab Muğanlını yaxalarkən evdə axtarış aparıb və ona aid bir çox sənəd və şəxsi əşyasını özləri ilə aparıblar.

 

Xatırladaq ki. Cənab Səid Muğanlı Azərbaycan tükcəsi ədəbiyyatında tanınmış simalardan biridir. O bundan öncədə İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrcə təzyiqə məruz qalıb, tutuqlanıb və həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar