SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Babək Kiyumərsi tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Babək Kiyumərsi tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Culfa şəhərində milli-mədəni fəal cənab Babək Kiyumərsi təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

 

Təhlükəsizlik qüvvələri  2011-ci il iyun ayının 6-da (1390-cı il xordad ayının 16-da) Culfanın “Şuca” kəndinə gedərək, cənab Kiyumərsinin ata evinə müraciət ediblər. Məmurlar məhkəmə hökmünü təqdim etmədən evə daxil olub və adını çəkdiyimiz azərbaycanlını tutuqlayıblar.

 

Tutuqlanma sürəci basqı, müttəhimi döymək və qanunsuz olaraq evə daxil olmaqla baş tutub.

 

Milli-mədəni fəal tutulduqdan sonra naməlum istiqamətə aparılıb. bu günə qədər onun barəsində heç bir məlumat yoxdur.

 

Həmçinin təhlükəsizlik qüvvələri cənab Kiyumərsinin şəxsi əşyalarını da özləri ilə aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar