SON XƏBƏRLƏR

Yəmən diktatorunun sifeti yanıb

2021.10.20, 07:36
Yəmən diktatorunun sifeti yanıb

Gunaz.tv

GünAz TV: Aylardır ölkəni bürüyən xalq etirazlarına baxmayaraq hakimiyyətdən getmək istəməyən, ancaq ötən həftə ağır yaralanaraq bütün tayfası ilə Yəməni tərk edən prezident Əli Abdulla Salehin vəziyyəti ağırdır.

Xarici KİV-lərin (Kütləvi İnformasiya Vasitələrinin) yazdığına görə, hazırda Səudiyyə Ərəbistanında müalicə olunan Salehin aldığı xəsarətlər kifayət qədər ciddidir və onun bir daha hakimiyyət başına qayıtması mümkün deyil. Xəbər verildiyi kimi, Saleh paytaxt Sənada prezident iqamətgahına bitişik məscidə endirilən raket zərbələri ilə yaralanıb. Bu zaman prezident baş nazir, spiker (parlament sədri) və digər vəzifəli şəxslərlə namaz qılırmış. Bildirilir ki, partlayış nəticəsində Salehin bədəninin 40 faizdən çoxu yanıb, həmçinin onun sifəti yanaraq tanınmaz hala düşüb. Bundan əlavə partlayış nəticəsində onun ağ ciyərləri zədələnib, qəlpələrdən biri onun ürək nahiyəsindən girib. Belə görünür ki, indi Saleh Səudiyyə kralının girovudur. Səudiyyə Ərəbistanı regionun (bölgənin) digər ölkələri ilə birlikdə Yəməndəki böhrana dair plan (tərh) hazırlamışdı. Bu plan Salehin ailəsi ilə birlikdə ölkəni tərk etməsini də nəzərdə tuturdu. Yəmən prezidenti dəfələrlə vasitəçiləri aldadaraq bu planı qəbul etməyib, ancaq indi o ağır yaralı halda ölkəni tərk etməli olub və Səudiyyə kralı Salehin geri qayıtmasına imkan verməyəcək. Ekspertlərə görə, yaralı olması Salehə imkan verir ki, hakimiyyətdən “sifətini qorumaqla” çəkilə bilsin. Əks halda onun yenidən hakimiyyətə qayıtması qeyri-mümkün görünür, əleyhdarları kifayət qədər güclüdür, beynəlxalq ictimaiyyət də bunu dəstəkləmir. Bu baxımdan gözlənilir ki, tezliklə Saleh yazılı istefasını təqdim edəcək. Yeni müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar